Türkiyə Simfonik Orkestri 200 illik yubileyini qeyd edəcək

07.09.2026

Kulis.az saytına istinadən Icma.az xəbər verir.

Türkiyənin Mədəniyyət və turizm naziri Mehmet Nuri Ərsoy yaradılmasının 200 illik yubileyini qeyd edən Türkiyə Prezident Administrasiyası Simfonik Orkestrinin beynəlxalq konsert turu proqramını açıqlayıb.
Kulis.az xəbər verir ki, 1826-cı ildən bəri fəaliyyət göstərən orkestr yubiley mövsümündə Buxarest, Praqa, Vyana və Nyu-Yorkun ən nüfuzlu səhnələrində çıxış edəcək.
Qastrol səfəri 3 noyabr 2026-cı ildə Buxarest Milli Opera Teatrında start götürəcək.
Bağlanış tədbiri isə 21 sentyabr 2027-ci ildə klassik musiqinin mərkəzlərindən sayılan Nyu-Yorkun "Carnegie Hall" konsert zalında baş tutacaq.

Tom Kruz yenidən sükan arxasında - "İldırım günləri"nin davamı çəkiləcək "Həmin ölüm qorxusu meşşan varlığımın bir hissəsi imiş..." - Herman Hessenin "Yalquzaq" romanından bir hissə Vəfat edən tanınmış müğənninin sirri üzə çıxdı
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью