Icma.az bildirir, 525.az saytına əsaslanaraq. Əgər PKK terror təşkilatı ölkə daxilində və xaricində silahı yerə qoyub, fəaliyyətini dayandır
Bu barədə 525.az-a ehtiyatda olan türkiyəli general Yücel Karauz deyib.
General əlavə edib ki, Türkiyə 40 ildir ki, terrorla mübarizə aparır.
Ona görə də PKK-nın silahı yerə qoyub qoymaması Türkiyənin mübarizəsinin mahiyyətinə təsir edən bir məsələ deyil.
Y.Karauz söyləyib ki, Türkiyə yeni dönəmdə, dünyanın yenidən şəkilləndiyi bir vaxtda gərəkən addımları atır: “Terrorsuz Türkiyə hədəfi elan edilib.
Amma cənab prezident Ərdoğanın dəfələrlə qeyd etdiyi kimi, terror təşkilatı bundan vaxt qazanmaq, yayınmaq, başqa dövlətlərə və ya güclərə xoş görünmək üçün istifadə edərsə və vədlərini yerinə yetirməzsə, Türkiyə terrorla mübarizəsini davam etdirəcək, bu baxımdan heç bir geriləmə olmayacaq.
Çünki Türkiyə nə öz ərazisində, nə də ərazisinə təsir edəcək coğrafiyalarda, bura Suriya, İraq və İran daxildir, dözüm nümayiş etdirməyəcək.
Türkiyə irəliyə baxır, öz yolu ilə gedir və son terrorçu qalana qədər mübarizə aparacaq.