Türkiyə spikeri azərbaycanlı həmkarını təbrik edib

05.03.2025

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Martın 4-də Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş Milli Məclisin sədri Sahibə Qafarovaya zəng edərək mübarək Ramazan ayının başlaması münasibətilə təbriklərini çatdırıb.

TBMM-in sədri bu mübarək ayın qardaş Azərbaycan xalqına və müsəlman dünyasına sülh, əmin-amanlıq, xeyir-bərəkət gətirməsini diləyib.

Telefon danışığı zamanı qardaş ölkələrimiz arasında münasibətlər, o cümlədən parlamentlərimizin əməkdaşlığı məsələləri haqqında da fikir mübadiləsi aparılıb, qanunverici orqanlarımızın həm ikitərəfli, həm də beynəlxalq parlament təşkilatlarında yüksək səviyyədə əməkdaşlığından razılıq ifadə olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью