Türkiyə strateji silah istehsalçısına çevrilir

20.11.2025

Icma.az bildirir, Moderator.az portalına istinadən.

Türkiyə Maşınqayırma və Kimya Sənayesi tərəfindən tamamilə yerli istehsal olan 127 mm-lik 54 kalibrli dəniz topu lüləsi "TCG Fatih" freqatında keçirilən sınaq atışlarını uğurla başa vurub.

Moderator.az "Türkiye Gazetesi"nə istinadən xəbər verir ki, hazırda ölkədə 76 mm-lik milli dəniz topu istehsal edilir. Növbəti mərhələ olaraq 127 mm-lik milli dəniz topunun buraxılışı planlaşdırılır.

Bildirilir ki, tezliklə Türkiyə bu strateji silah sistemini istehsal edə bilən dünyada azsaylı ölkələr arasında öz yerini tutacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью