Türkiyə Sudan və BƏƏ arasında vasitəçi qismində

13.12.2024

Icma.az, Newscenter.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Sudan Suverenlik Şurasının sədri Əbdülfəttah əl-Burhan ilə telefonla danışıb.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, telefon danışığı zamanı Türkiyə-Sudan ikitərəfli əlaqələri, regional və qlobal məsələlər müzakirə edilib.
Prezident Ərdoğan görüş zamanı Türkiyənin Somali ilə Efiopiya arasındakı münaqişənin həlli üçün Ankara prosesinin təşəbbüskarı olduğunu və razılaşmanın bölgənin sülhünə mühüm töhfə verdiyini bildirib.
Ərdoğan Türkiyənin Sudan ilə Birləşmiş Ərəb Əmirlikləri arasındakı mübahisələrin həlli üçün addım ata biləcəyini, Sudanda sülh və sabitliyin təmin edilməsinin, ərazi bütövlüyünün və suverenliyinin qorunmasının, ölkənin xarici müdaxilələr zonasına çevrilməsinin qarşısının alınmasının vacib olduğunu bildirib.
Anar Əliyev
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью