Türkiyə sülh iqlimi istəyir

25.06.2025

Newscenter.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


"Türkiyə bütün yaxın və uzaq qonşuları ilə birlikdə sülh iqlimi yaratmaq istəyir. Bu baxımdan Birləşmiş Ştatlar Prezidenti, dostum Trampın İsraillə İran arasında atəşkəsin əldə edilməsi ilə bağlı çağırışını dəstəkləyirik".
Newscenter.az xəbər verir ki, bu barədə açıqlamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Haaqada keçiirilən sammitindən sonra keçirdiyi mətbuat konfransında deyib. Türkiyə lideri əmin olduğunu bildirib ki, həm İsrail, həm də İran atəşkəsə davamlı olaraq əməl edərək problemin danışıqlar yolu ilə həllinə çalışacaqlar:
"Biz də Türkiyə olaraq hesab edirik ki, problemi diplomatik yolla həll etmək mümkündür və bunun üçün səy göstərilməlidir".
Süleyman
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью