Türkiyə Supeliqası: Qalatasaray 3 xalı erkən qolla qazandı

03.02.2025

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkiyə Supeliqasının 22-ci turunda lider "Qalatasaray" səfərdə "Qaziantep"in qonağı olub.

Oxu.Az xəbər verir ki, matçın taleyini bir qol həll edib.

"Aslanlar"dan Kutucunun 5-ci dəqiqədə rəqib qapısına göndərdiyi top komandasına qələbə qazandırıb.

Hazırda "cim-bom" 57 xalla turnir cədvəlinin vahid lideridir. Klub ən yaxın izləyici "Fənərbağça"nı 6 xal qabaqlayır. "Qaziantep" isə 26 xalla 12-cı sıradadır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью