Türkiyə Super kubokunun yarımfinal cütləri bəlli olub

02.06.2025

Icma.az, Apasport portalına istinadən məlumat yayır.

Türkiyə Futbol Federasiyasının yeni formatda təşkil edəcəyi Super kubokun 4 iştirakçısı bəlli olub.

Apasport.az xəbər verir ki, turnir formatında keçiriləcək kubok oyunlarının yarımfinal cütlərinin adına aydınlıq gəlib. 

Liqanı və kuboku çempion kimi başa vuran “Qalatasaray” yarımfinalda kubokun finalçısı “Trabzonspor”la cütləşib. 

Super Liqanın son həftəsində üçüncü yeri tutan “Samsunspor” turnirdə iştirakını təsdiqləyən sonuncu komanda olub. 

Liqa 2-cisi "Fənərbaxça" və Liqa 3-cü olan "Samsunspor" yarımfinalda qarşılaşacaq. 

Qeyd edək ki, Super kubokun yarımfinal və final oyunları 2026-cı ilin yanvarında oynanılacaq. 

“Barsa” ispaniyalı qolkiperlə maraqlanır “Qalatasaray” Osimhenin əvəzedicisini tapdı Sterlinq “Çelsi”yə qayıdacaq Bundesliqanı La Liqaya dəyişə bilər Sabiq “Qalatasaray”lı “Əl-Duhail”dən ayrıldı - RƏSMİ
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью