Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.
Türkiyə Super Liqasında IV turun oyunları keçirilib.
Futbolpress.az xəbər verir ki, günün mərkəzi qarşılaşmasında “Fənərbağça” doğma meydanda “Beşiktaş”ı qəbul edib. Meydan sahibləri hesabda önə keçsə də, “Beşiktaş” Rıdvan Yılmaz və Duşan Vlahoviçin qolları ilə 2:1 hesablı qələbə qazanıb.
Günün digər matçında isə “Ərzurumspor” öz evində “Konyaspor”u Eren Tozlunun yeganə qolu ilə 1:0 hesabı ilə məğlub edib. Azərbaycanlı hücumçu Nəriman Axundzadə “Ərzurumspor”un heyətində matçı ehtiyat skamyadan izləyib və meydana çıxmayıb.
Qeydə alınan nəticələr:
Türkiyə Super Liqası
IV tur
Ərzurumspor – Konyaspor 1:0
Qol: Eren Tozlu, 17
Fənərbağça – Beşiktaş 1:2
Qollar: Milan Şkrinyar, 26; Rıdvan Yılmaz, 38, Duşan Vlahoviç, 73