futbolpress-az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Türkiyə Trendyol Super Liqasında XI turun oyunları yekunlaşıb.
Futbolpress.az xəbər verir ki, turun son oyun günündə azarkeşlər bolqollu qarşılaşmalara şahid olublar. “Fənərbağça” səfərdə “Çorum”un qonağı olub və rəqibini mərhəmətsizcəsinə darmadağın edib – 5:0. İstanbul təmsilçisinin heyətində İrfan Can Kahveci və Meyson Qrinvud dubla imza atıblar, Oğuz Aydın isə matçın yekun hesabını müəyyənləşdirib.
“Beşiktaş” doğma meydanda “Gənclərbirliyi”ni qəbul edib və inamlı qələbə qazanıb – 3:0. “Qara qartallar”ın heyətində Duşan Vlahoviç ilk hissədə dubl edib, Ernest Poku isə görüşdə nöqtəni qoyub.
Qeydə alınan nəticələr:
Türkiyə Trendyol Super Liqası
XI tur
Rizəspor – Ərzurumspor 2:1
Qollar: Ali Soue, 31, 66 – İbrahim Diabate, 37
Çorum – Fənərbağça 0:5
Qollar: Meyson Qrinvud, 12, 63, İrfan Can Kahveci, 21, 56, Oğuz Aydın, 74
Alanyaspor – Trabzonspor 0:2
Qollar: Vaqner Pina, 17, Məhəmməd Salah, 34
Beşiktaş – Gənclərbirliyi 3:0
Qollar: Duşan Vlahoviç, 20, 45, Ernest Poku, 85