Türkiyə Super Liqası: Fənərbaxça finalda

07.06.2026

Apasport saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Fənərbaxça" Türkiyə Basketbol Super Liqasında finala yüksəlib.

Apasport.az xəbər verir ki, pley-off mərhələsinin yarımfinalında "Anadolu Efes"lə qarşılaşıb.

Şarunas Yasikeviçusun rəhbərlik etdiyi komanda seriyanın dördüncü oyununda "Anadolu Efes"i 102:93 hesabı ilə məğlub edib.

Bu nəticə ilə seriyada hesab 3:1 olub və İstanbul təmsilçisi finala vəsiqə qazanıb. 

"Fənərbaxça"nın heyətində Tarık Biberoviç 29, Ueyd Bolduin 24 xal toplayaraq qələbədə əsas pay sahibi olublar. 
Qeyd edək ki, "Fənərbaxça" finalda "Beşiktaş" – "Bahçeşehir Kolleji" cütünün qalibi ilə üz-üzə gələcək. 

Yaya Ture baş məşqçi oldu: Slovakiya klubunda Safi məşqçi namizədini açıqladı: Antonio Konte "Qalatasaray"dan Gedson həmləsi: "Spartak"la danışıqlar başladı "Benfika"dan Beşiktaşa rədd: Pavlidis üçün 50 milyon avro Yunanıstan-İtaliya matçı bu kanalda: TV Afişa
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью