Türkiyə Super Liqası: İstanbulda 5 qol

18.10.2026

Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.

Türkiyə Trendyol Super Liqasında VIII turun növbəti oyunları başa çatıb.

Futbolpress.az xəbər verir ki, günün ən böyük hesablı nəticəsi İstanbulda qeydə alınıb. “Kasımpaşa” öz meydanında “Samsunspor”un qapısından 4 top keçirərək 4:1 hesablı darmadağınla 3 xalı aktivinə yazdırıb.

“Başakşehir” doğma azarkeşləri önündə “Qaziantep”i Eldor Şomurodov və Umut Günəşin qolları ilə 2:1 hesabı ilə məğlub edib. “Göztəpə” isə gərgin keçən səfər matçında “Kocaelispor” üzərində 2:1 hesablı vacib qələbə qazanıb.

Qeydə alınan nəticələr:

Türkiyə Trendyol Süper Liqası

VIII tur

Kasımpaşa – Samsunspor 4:1

Qollar: Klaudio Vink, 26, Adem Arous, 31, 64, Adrian Benediçak, 78 – Tanguy Kulibali, 45

Kocaelispor – Göztəpə 1:2

Qollar: Berkan Kutlu, 82 (pen.) – Şo, 24 (avtoqol), Novatus Miroşi, 77

Başakşehir – Qaziantep 2:1

Qollar: Eldor Şomurodov, 8, Umut Günəş, 81 – Serdar Dursun, 66

Bu gün keçirilən oyunlardan sonra turnir cədvəli aşağıdakı kimidir:

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью