Türkiyə Super Liqası: “Qalatasaray” derbidə sevindi, Rizədə triller

27.10.2026

Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.

Türkiyə Trendyol Super Liqasında IX tura İstanbul derbisi ilə yekun vurulub.

Futbolpress.az xəbər verir ki, turun mərkəzi qarşılaşmasında “Qalatasaray” doğma azarkeşləri önündə “Fənərbağça”nı qəbul edib. Gərgin mübarizə şəraitində keçən prinsipial dueldə “sarı-qırmızılar” rəqibini 2:1 hesabı ilə məğlub ediblər. Qaliblərin qəhrəmanı dubla imza atan Viktor Osimhen olub. “Fənərbağçanın” yeganə qolunu isə 62-ci dəqiqədə İrfan Can Kahveci vurub.

Digər matçda “Beşiktaş” öz meydanında “Başakşehir”i Hyeon-qyu Oh və Junior Olaytanın qolları ilə 2:0 hesabı ilə üstələyib. Rizədə isə əsl qol şousu qeydə alınıb. “Trabzonspor” səfərdə “Çaykur Rizəspor”u 4:3 hesabı ilə məğlub edib. Qonaqların heyətində Frankulino Cu dubl edib, Melih Kabasakal və Aral Şimşir də fərqləniblər.

Qeydə alınan nəticələr:

Türkiyə Trendyol Super Liqası

IX tur

Beşiktaş – Başakşehir 2:0

Qollar: Hyeon-qyu Oh, 76, Junior Olaytan, 89

Çaykur Rizəspor – Trabzonspor 3:4

Qollar: Cennaro Borrelli, 12, 32, Kazım Laçi, 68 – Melih Kabasakal, 49, Aral Şimşir, 51, Frankulino Cu, 57, 83

Qalatasaray – Fənərbağça 2:1

Qollar: Viktor Osimhen, 29, 44 – İrfan Can Kahveci, 62

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью