Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.
Türkiyə Super Liqasında XII turun oyunları keçirilib.
Futbolpress.az xəbər verir ki, İstanbulda “Qalatasaray” doğma meydanda “Samsunspor”u qəbul edib. Gərgin mübarizə şəraitində keçən matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Günün diqqətçəkən digər oyununda “Kocaelispor” evdə “Fənərbağça” ilə 2:2 hesablı heç-heçə edib. Matçda hesabı 61-ci dəqiqədə Milan Şkriniar açıb. Meydan sahibləri Berkan Kutlu və Matey Maqlitsanın qolları ilə önə keçsələr də, “Fənərbağça” əlavə vaxtda Meyson Qrinvudun dəqiq zərbəsi ilə məğlubiyyətdən xilas olub.
“Çaykur Rizəspor” səfərdə “Amedspor”u 2:0 hesabı ilə məğlub edib. Qonaqların hər iki qoluna Ali Su imza atıb. Günün açılış matçında isə “Gənclərbirliyi” doğma divarlar arasında “Qaziantep”nı Adama Maluda Traorenin 9-cu dəqiqədə vurduğu yeganə qolla 1:0 üstələyib.
Qeydə alınan nəticələr:
Türkiyə Super Liqası
XII tur
21 noyabr
“Gənclərbirliyi” – “Qaziantep” 1:0
Qol: Adama Maluda Traore, 9
“Amedspor” – “Çaykur Rizəspor” 0:2
Qollar: Ali Su, 19, 54
“Qalatasaray” – “Samsunspor” 2:1
Qollar: Lukas Torreyra, 4, Yunus Akgün, 53 – Məhəmməd Bayo, 57
“Kocaelispor” – “Fənərbağça” 2:2
Qollar: Berkan Kutlu, 71 (pen.), Matey Maqlitsa, 76 – Milan Şkriniar, 61, Meyson Qrinvud, 90+3