Türkiyə Super Liqasında baş məşqçi istefası

04.11.2024

Icma.az, Sportal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyə Super Liqasında növbəti baş məşqçi istefası gerçəkləşib.

Sportal.az xəbər verir ki, "Alanyaspor"u çalışdıran Fatih Tekke postunu tərk edib. Türk mütəxəssis ölkə çempionatının 11-ci turunun "Bodrum"la matçından (0:0) sonra istefa verdiyini açıqlayıb.

Qeyd edək ki, Fatih Tekke ötən ilin noyabr ayında "Alanyaspor"un baş məşqçisi təyin olunmuşdu. Komanda Super Liqada 11 turdan sonra 10 xal toplayıb və turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.

saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью