Fanat portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Türkiyə Super Liqası 2024/25 mövsümü başa çatmamış baş məşqçi dəyişiklikləri ilə yadda qalır.
Fanat.Az xəbər verir ki, mövsümün bu gününə qədər ümumilikdə 14 baş məşqçi çalışdığı klublarla yollarını ayırıb.
Ayrılan mütəxəssislər və onların çalışdıqları klublar aşağıdakılardır:
İsmət Taşdemir – “Qaziantep FK”,
Ole Qunnar Sulşer – “Beşiktaş”,
Joze Mourinyu – “Fənərbağça”,
Çağdaş Atan – “Başakşehir”,
Səlcuq Şahin – “Eyüpspor”,
Markus Gisdol – “Kayserispor”,
Emre Belözoğlu – “Antalyaspor”,
Hüseyn Eroğlu – “Gənclərbirliyi”,
Marsel Liçka – “Karağümrük”,
Rəcəb Uçar – “Konyaspor”,
İlhan Palut – “Rizespor”,
Şota Arveladze – “Kasımpaşa”,
Volkan Demirel – “Gənclərbirliyi”,
Burak Yılmaz – “Qaziantep FK”.
Qısa müddətdə bu qədər çox məşqçi dəyişikliyinin yaşanması Süper Liqada nəticə təzyiqinin və qeyri-sabitliyin yüksək olduğunu bir daha göstərir. Mövsümün qalan hissəsində siyahının artıb-artmayacağı isə maraqla gözlənilir.
Kamil Xudiyev