Türkiyə Superliqası: “Beşiktaş” öz meydanında “Göztəpə”yə uduzub | Icma.az
Report.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Futbol üzrə Türkiyə Superliqasının 13-cü turunda “Beşiktaş” öz meydanında “Göztəpə”yə məğlub olub.
“Report” xəbər verir ki, baş hakim Alper Akarsunun idarə etdiyi matç Tupras Stadionunda baş tutub.
Oyunda hesab erkən açılıb: üçüncü dəqiqədə “Beşiktaş”ın hücumçusu Semih Kılıçsoy Yonas Svenssonun ötürməsini qola çevirib.
Doqquzuncu dəqiqədə hesabdakı fərq artıb: Malkom Bokele topu öz qapısına vurub.
Lakin cəmi üç dəqiqə sonra kamerunlu müdafiəçi öz səhvini düzəldərək komandasının ilk qoluna imza atıb – 2:1.
32-ci dəqiqədə izmirlilərin müdafiəçisi Taha Altıkardeş yaponiyalı Kuryu Matsukinin ötürməsindən sonra status-kvonu bərpa edib.
Oyunda növbəti qol 82-ci dəqiqədə vurulub: “Çelsi”nin hücumçusu David Fofana “sarı-qırmızılar”ı hesabda irəli çıxarıb.
Tam oxu
Xəbəri oxu