Türkiyə Superliqası: Beşiktaş üç xalı iki qolla aldı

11.01.2025

Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Türkiyə Superliqasında 18-ci turun matçları oynanılır.

Oxu.Az xəbər verir ki, İstanbulda yerli "Beşiktaş" "Bodrumspor"u qəbul edib.

"Qartallar" rəqibə minimal fərqlə qalib gəliblər. Ndur və İmmobilenin qolları meydan sahiblərinə vacib 3 xalı qazandırıb - 2:1.

Hazırda "Beşiktaş" xallarının sayını 30-a çatdıraraq turnir cədvəlində ilk beşliyi qapayır. Bodrum klubu isə autsayderlər sırasında yer alır. Komanda aktivindəki 15 xalla 17-cı sırada qərarlaşıb. Çempionatın şəriksiz lideri 47 xala malik "Qalatasaray"dır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью