Türkiyə Superliqası: “Fənərbağça“ rəqibinə şans vermədi

15.12.2025

Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.

Türkiyə Superliqasında 16-cı tura yekun vurulub.

Moderator.az xəbər verir ki, turun bağlanış matçında "Fənərbağça" "Konyaspor"u qəbul edib.

Meydan sahibləri qonaqlara şans verməyiblər. Taliskanın (28, pen., 37) dublu, Müldür (30) və Asensionun (87) dəqiq zərbələri sayəsində İstanbul klubu qarşılaşmanı darmadağınla başa vurub - 4:0.

Bu nəticədən sonra "sarı-lacivərdlər" 36 xalla turnir cədvəlində 2-ci pillədə qərarlaşıblar. "Fənər"i əzəli rəqibi və yarışın lideri "Qalatasaray"dan 3 xal ayırır. Konya təmsilçisi isə 16 xalla 12-ci yerdədir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью