Icma.az bildirir, Qol.az portalına istinadən.
Cari mövsümün sonunda Türkiyə Superliqasını tərk edəcək ikinci komandanın da adına aydınlıq gəlib.
QOL.az xəbər verir ki, bu, "Hatayspor"dur.
Hatay təmsilçisi 33-cü turda "Beşiktaş"la qarşılaşıb və 1:5 hesabı ilə uduzub.
Hazırda komanda turnir cədvəlində 19 xalla 18-cidir. Bununla da sona 5 tur qalmış "Hatayspor"un Superliqa ilə vidalaşacağı dəqiqləşib.
Qeyd edək ki, daha əvvəl 20-ci pillədəki "Adana Demirspor"un Türkiyə çempionatını tərk edəcəyi məlum olmuşdu.