Türkiyə Superliqası: İstanbul derbisində “Beşiktaş” qalib gəlib

04.05.2025

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 4 may, AZƏRTAC

Futbol üzrə Türkiyə Superliqasında XXXIV turun mərkəzi oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, çempionluq mübarizəsi aparan "Fənərbağça" doğma meydanda "Beşiktaş"ı qəbul edib. Görüş qonaqların minimal hesablı qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu 44-cü dəqiqədə Getson Fernandeş vurub.

Bu nəticədən sonra "sarı lacivərdlilər" 75 xalla ikinci, "qara qartallar" isə 55 xalla dördüncü pillədə qərarlaşıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью