Türkiyə Superliqası: Qalatasaray dan 5 qollu qalibiyyət

27.04.2025

Icma.az, Oxu.az saytına istinadən bildirir.

Türkiyə Superliqasında 33-cü turun oyunu çərçivəsində lider "Qalatasaray" "Eyupspor"un qonağı olub.

Oxu.Az xəbər verir ki, İstanbulun iki təmsilçisi arasındakı matç "aslanlar"ın qələbəsi ilə yekunlaşıb.

Qonaqlar rəqibin qapısından 5 top keçirib. Meydan sahibləri bu qollardan yalnız birinin əvəzini çıxmağı bacarıblar - 1:5.

Bu qələbədən sonra "cim bom" xallarını 80-ə çatdırıb. Komanda ən yaxın izləyici "Fənərbağça"nı 5 xal qabaqlayır. "Eyupspor" isə 50 xalla turnir cədvəlində ilk 5-liyi tamamlayır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью