Türkiyə Superliqası: Qalatasaray Trabzon səfərindən 3 xalla qayıdır

10.05.2025

Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyə Superliqasında 35-ci turun mərkəzi qarşılaşması başa çatıb.

Oxu.Az xəbər verir ki, "Trabzonspor" "Qalatasaray"ı qəbul edib.

Oyunda hesab yalnız 66-cı dəqiqədə açılıb. Bardakçı "cim-bom"u irəli çıxarıb. 84-cü dəqiqədə Morata fərqi artırıb. Beləliklə də, "sarı-qırmızılar" rəqib meydandan qələbə ilə ayrılıblar - 0:2.

Hazırda Okan Burukun yetirmələri 86 xalla turnir cədvəlinin vahid lideridir. "Aslanlar" ən yaxın izləyicisi "Fənərbağça"nı 8 xal qabaqlayır. Trabzon təmsilçisi isə 46 xalla 8-ci sırada qərarlaşıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью