Icma.az, Oxu.az portalına istinadən məlumat verir. Türkiyə Superliqasında 19-cu turun "Konyaspor" - "Fənərbağça" görüşü başa çatıb.
Oxu.Az xəbər verir ki, qarşılıqlı qollarla keçən matçda qələbəni qonaqlar bayram ediblər - 2:3.
Matçın 25-ci saniyəsində meydan sahiblərindən Pedrinyonun vurduğu qol isə tarixə keçib.
Belə ki, bu, "Fənərbağça"nın indiyədək buraxdığı ən erkən qol olub. Səfər qələbəsindən sonra "sarı-lacivərdlər" xallarını 42-yə çatdırıb.
Hazırda ikinci pillədəki "Fənər" lider "Qalatasaray"dan 8 xal geri alır. "Konyaspor" isə 20 xalla turnir cədvəlində 15-cı sırada qərarlaşıb.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.