Türkiyə Superliqası təmsilçisi Fransa çempionatından futbolçu transfer edib

07.01.2025

Icma.az, Report.az portalına istinadən məlumat yayır.

Türkiyənin "Başakşəhər" klubu Fransa Liqa 1 təmsilçisi "Havr"da çıxış edən sol cinah müdafiəçisi Kristofer Operini transfer edib.

"Report" xəbər verir ki, 27 yaşlı Kot-d'İvuarlı oyunçu ilə 3,5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, "Başakşəhər" Türkiyə Superliqasında 26 xalla 7-ci sırada qərarlaşıb.

Bizim Telegram kanalımıza abunə olun

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью