Türkiyə Superliqasında 2025/26 mövsümünün başlanacağı tarix açıqlandı

12.03.2025

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Türkiyə Futbol Federasiyası Superliqanın 2025-2026 mövsümünün başlanma tarixi açıqlayıb.

Oxu.Az TFF-nin rəsmi saytına istinadən xəbər verir ki, yeni mövsümə avqustun 8-də start veriləcək.

Liqanın açılış matçında hansı komandaların üz-üzə gələcəyi isə iyul ayında keçiriləcək püşkatma mərasimində bəlli olacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью