Türkiyə Superliqasında 25 ci tur start götürdü

22.02.2025

Icma.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyə Superliqasında 25-ci tura start verilib. 

QOL.az xəbər verir ki, ilk oyun günündə iki matç keçirilib. 

“Bodrumspor” öz meydanında “Hatayspor”u tək qolla üstələyib. 

“Beşiktaş” isə səfərdə “Eyupspor”dan üstün olub.  

“Bodrumspor” - “Hatayspor” - 1:0
Qol:
George Puşkaş, 41

“Eyupspor” - “Beşiktaş” - 1:3
Qollar:
Tayfur Bingöl, 1 (1:0), Rafa Silva, 18 (1:1), Milot Raşitsa, 45+2 (1:2), Semih Kılıçsoy, 60 (1:3)

Bu qələbə sayəsində xallarının sayını 41-ə çatdıran “Beşiktaş” 40 xala malik “Eyupspor”u geridə qoyaraq 4-cü pilləyə yüksəlib. “Bodrumspor” 23 xalla 16-cı, “Hatayspor” isə 13 xalla 18-ci pillədə qərarlaşıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью