Icma.az, Qol.az saytına istinadən bildirir. Türkiyə superliqasında matçların tarixi dəyişdirildi Türkiyə Futbol Federasiyası (TFF) Superliqa
Qərar A milli komandanın Dünya Çempionatının pley-off mərhələsindəki həlledici oyunları ilə əlaqədar qəbul olunub.
QOL.az xəbər verir ki, bu barədə federasiya rəsmi məlumat yayıb.
Beləliklə, "ay-ulduzlular"ın 2026-cı il Dünya Çempionatına vəsiqə qazanmaq yolundakı kritik matçlarına daha yaxşı hazırlaşması üçün 27-ci turun oyunları irəli çəkilib.
Rəsmi açıqlamaya əsasən, milli komandanın mart ayında keçirəcəyi və DÇ-2026-ya vəsiqə baxımdan həyati əhəmiyyət daşıyan pley-off oyunlarından öncə, "Trendyol Super Liqa"nın Mehmet Ali Yılmaz mövsümünün 27-ci tur matçlarının (əvvəlki tarix: 20-22 mart) 17, 18 və 19 mart tarixlərində keçirilməsi qərara alınıb.
Federasiya avrokuboklarda mübarizə aparan klublarla bağlı istisnaları da qeyd edib.
Əgər Türkiyə təmsilçiləri Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasında 1/8 final mərhələsinə vəsiqə qazanarlarsa, həmin klubların 27-ci turdakı oyunları qeyri-müəyyən müddətə təxirə salınacaq.
Dəyişiklikdən sonra qarşıdakı iki turun təqvimi aşağıdakı kimi formalaşıb: 26-cı tur (13-14-15 mart) “Kocaelispor” - “Konyaspor” “Gənclərbirliyi” - “Beşiktaş” “Göztəpə” - “Alanyaspor” “Qalatasaray” - “Başakşəhər” “Antalyaspor” - “Qaziantep FK” “Trabzonspor” - “Rizəspor” “Samsunspor” - “Kayserispor” “Kasımpaşa” - “Eyüpspor” “Karagümrük” - “Fənərbaxça” 27-ci tur (17-18-19 mart) “Göztəpə” - “Qalatasaray” “Beşiktaş” - “Kasımpaşa” “Başakşəhər” - “Antalyaspor” “Eyüpspor” - “Trabzonspor” “Kayserispor” - “Karagümrük” “Fənərbaxça” - “Qaziantep FK” “Konyaspor” - “Gənclərbirliyi” “Alanyaspor” - “Kocaelispor” “Rizespor” - “Samsunspor” Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.