Türkiyə Superliqasının bombardiri karyerasını MLSdə davam etdirə bilər

14.01.2025

Report.az saytına istinadən Icma.az xəbər verir.

Türkiyə Superliqasının bombardiri, “Başakşəhər” klubunun futbolçusu Kşiştof Piontek karyerasını ABŞ-nin MLS Liqasında davam etdirə bilər.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, 29 yaşlı hücumçunu “Atalanta Yunayted” transfer etmək niyyətindədir.

Futbolçu 2023-cü ildən Türkiyə klubunun formasını geyinir. K.Piontek hazırda 13 qolla Superliqanın bombardirlər siyahısında birincidir.

Qeyd edək ki, İstanbul komandası Superliqanın turnir cədvəlində 26 xalla 7-ci yerdə qərarlaşıb.

Bizim WhatsApp kanalımıza abunə olun

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью