Türkiyə Suriya ilə bağlı ABŞyə nə təklif edib?

02.12.2024

Missiya.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Türkiyə Vaşinqtona Amerika qoşunlarının çıxarılması müqabilində İraq Şam İslam Dövləti (İŞİD) ilə mübarizənin məsuliyyətini öz üzərinə götürməyi təklif edib.

Missiya.Az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

“Ankara Vaşinqtona təklif edib ki, Birləşmiş Ştatlar qoşunlarını çıxarsa və kürdlərə hərbi dəstəyi dayandırarsa, Türkiyə ordusu İŞİD ilə mübarizəni öz üzərinə götürə bilər”, - deyə vurğulanıb.

Məlumata görə, Amerika tərəfi hələlik təklifə cavab verməyib.

Daşqın Həsənov
Missiya.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью