Türkiyə: “Suriya xaos dövrü ilə üzləşə bilər”

10.12.2024

Icma.az, Operativ MM portalına istinadən məlumat yayır.

Suriya prezident Bəşər Əsədin devrilməsindən sonra yeni dövrə qədəm qoyub, lakin ölkənin xaosa və şiddətli hakimiyyət mübarizələrinə sürüklənməsi riski var.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu fikirləri "Dünya" qəzetinin yazarı Burak Kuntay deyib.

O, hesab edir ki, Suriyada baş verənlər tarixi və dönüş nöqtəsidir, lakin Suriya 2010-cu ildən ərəb baharı və digər qiyamlar səbəbindən ciddi problemlər yaşayır və ölkəyə yeni hökumətin gətirilməsi prosesi o qədər də sadə olmaya bilər.

"Etnik, dini, məzhəb və ideoloji cəhətdən fərqli qruplardan ibarət Suriya müxalifətinin prioriteti Əsədi devirmək idi",- deyə Burak qeyd edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью