Türkiyə Suriyada antiterror əməliyyatına başlayıb

11.12.2024

Ayna portalından alınan məlumata görə, Icma.az xəbər verir.

MİT raket və ağır silahlar daşıyan 12 yük maşını, iki tank və iki sursat anbarının məhv edilməsi ilə nəticələnən əməliyyat başladıb

Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) Suriyada antiterror əməliyyatına başlayıb. AYNA “Sabah” qəzetinə istinadən xəbər verir ki, terror təşkilatı PKK/YPG-nin Suriyadakı vəziyyətdən istifadə edərək Bəşər Əsəd rejiminə məxsus raket, ağır silah və sursatları Qamışlı bölgəsindən çıxarmağa cəhd etdiyi müəyyən edilib.

MİT buna görə də raket və ağır silahlar daşıyan 12 yük maşını, iki tank və iki sursat anbarının məhv edilməsi ilə nəticələnən əməliyyat başladıb.

Məlumata görə, terrorçular bu silahlardan Türkiyə Silahlı Qüvvələrinə qarşı istifadə etməyi planlaşdırıblar.

Təşkilat nümayəndələri bölgədə terrorçulara qarşı mübarizənin davam etdiriləcəyini bildiriblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью