Türkiyə Suriyada iki hərbi baza yarada bilər

04.04.2025

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

 Ankara və Suriyanın yeni hakimiyyət orqanları Suriyada iki türk hərbi bazasının yaradılması ilə bağlı ilkin razılığa gəliblər.

Bakıvaxtı.az "Sozcu"yə istinadən xəbər verir ki, bazalardan biri Suriyanın mərkəzində Palmira yaxınlığındakı Tiyas aviabazasında (T4), digəri isə Türkiyə ilə sərhəddən 13 km aralıda Menaq hərbi aerodromunda yerləşəcək.

Məlumata görə, Türkiyə artıq T4 aviabazasına nəzarəti təhvil verməyə başlayıb. Ərazidə tikinti işləri aparılır və Ankara gələcəkdə orada hava hücumundan müdafiə sistemlərini yerləşdirmək niyyətindədir. 

Türkiyənin Rusiyadan aldığı S-400 hava hücumundan müdafiə sistemlərini Tiyas bazasına ötürə biləcəyi istisna olunmur.

Gülşən Şərif

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью