Türkiyə Suriyada İranı əvəz etməyəcək Hakan Fidan

15.12.2024

Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Türkiyə Suriyada İranı əvəz etmək fikrində deyil”.

Globalinfo.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan “Əl-Ərəbiyə”yə deyib.

Hakan Fidan deyib ki l, Ankara Vaşinqtonla Suriyadakı yeni güc arasında vasitəçilik etməyə hazırdır.

“Suriyada yeni hökumətin Əsədin hərəkətlərini təkrarlamasını istəmirik. Biz Suriyada demokratik sivil hökumət qurmağa çalışırıq. Tehranın yeni vəziyyətdən xəbərdar olduğunu nəzərə alsaq, Suriyanın mübahisələr meydanına çevriləcəyini düşünmürəm”, – Türkiyənin XİN rəhbəri bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью