Missiya.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Türkiyə Suriyada İsraillə qarşıdurma istəmir”.
Missiya.Az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan “Reuters”ə müsahibəsində deyib.
Fidan İsrailin Suriyaya hücumlarının regional qeyri-sabitliyə yol açdığını bildirib.
“İsrailin hücumları Suriyanın yeni hökumətinin İŞİD terror təşkilatını və digər təhdidləri qarşısını almaq imkanlarını zəiflətdi”, - deyə siyasətçi vurğulayıb.
Onun sözlərinə görə, İsrailin Suriyadakı hərəkətləri gələcəkdə regional qeyri-sabitliyə yol açdı.
"Əgər Suriya İsraillə müəyyən razılaşmalar etmək istəyirsə, bu, onların işidir", - deyə siyasətçi əlavə edib.
Daşqın Həsənov
Missiya.Az