Türkiyə Suriyada müvəqqəti işlər vəkilini təyin edib

13.12.2024

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

Türkiyə Dəməşqdəki səfirliyinə müvəqqəti işlər vəkili təyin edib.

Oxu.Az xəbər verir ki, bu barədə "TRT" telekanalı diplomatik mənbələrə istinadən məlumat yayıb.

Diplomatik missiyanın rəhbəri vəzifəsinə Mavritaniyadakı səfir Burhan Koroğlu təyin olunub. Diplomatın təyinatı barədə xarici işlər naziri Hakan Fidan məlumat verib.

Xatırladaq ki, Türkiyənin Dəməşqdəki səfirliyi 2012-ci ilin martından fəaliyyət göstərmirdi.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью