Türkiyə Suriyada PKK varlığına son qoymağa çalışır

09.01.2025

Newscenter.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


Türkiyə Suriyada PKK varlığına son qoymağa çalışır, regional şərait məsələni qısa müddətdə həllinə şərait yaradır. ABŞ-ın yeni Prezidenti Donald Tramp son açqılamasında türkiyə həmkarı Rəcəb Tayyib Ərdoğanı tərifləsə də, amerikalı hərbçilərin Suriyanı tərk etməsi məsələsində birmənalı fikir bildirməyib, hərbçilərlə məsləhətləşəcəyinə işarə edib. Bu o deməkdir ki, Tramp Ağ Evə yerləşdikdən sonra amerikalı hərbçilərin Suriyanı tərk edib-etməməsi məsələsində Pentaqonun rəyinə əsaslanacaq. Pentaqon generalları isə İŞİD-lə mübarizə adı altında Suriyadakı PKK\YPG terrorçularına dəstəyin davam etdirilməsinin tərəfdarıdırlar. Yəni Suriya məsələsində Trampa etibar etmək olmaz. Ona görə də, Ankara Trampın andiçmə mərasiminə qədər PKK-nı Suriya ərazisindən sıxışdırmağa və terrorçuların manevr imkanlarını məhdudlaşdırmağa çalışacaq.
Elxan Şahinoğlu
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью