Sitat.info saytından verilən məlumata görə, Icma.az xəbər verir. "Suriyada müharibə yeni mərhələyə keçib.
Dörd il bundan əvvəl, aparılan müharibədən fərqli olaraq hazırkı döyüşlərdə Bəşər Əsəd və müttəfiqləri xeyli zəifləyib.
Əsədin dörd il ərzində siyasi iradə ortaya qoymaması, müxalifət və Türkiyə ilə danışıqlardan yayınması, onu hazırkı vəziyyətlə üzləşdirdi".
Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
O vurğulayıb ki, 4 il ərzində Suriya üzrə heç bir siyasi həll yolu axtarılmadı: "Mövcud status-kvonun saxlanılması Əsədi, Moskva və Tehranı qane edirdi.
Amma Suriyada siyasi həll yolu labüd idi. 4 il ərzində davam edən status -kvonun davam etməsi isə, Türkiyənin təhlükəsizliyini və regional s
Əsəd hakimiyyəti Yaxın Şərqdə Rusiya və İranın geosiyasi mövqelərinin inkişafına xidmət edərək, Fələstin dövlətinin yaradılmasını da əngəllə
Həmçinin Şimali Suriyada yeni bir PKK-YPG dövlətinin qurulmasına zəmin yaradırdı.