Türkiyə Suriyanın şimalında 4 terrorçunu zərərsizləşdirib

30.11.2024

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında 4 PKK/YPG terrorçusunu zərərsizləşdirib. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinə istinadən “Anadolu” məlumat yayıb.

Məlumata görə, Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında həyata keçirilən “Fərat qalxanı” və “Sülh çeşməsi” bölgələrində müəyyən edilən 4 PKK/YPG terrorçusunu zərərsizləşdirib.

“Türkiyə Silahlı Qüvvələri terroru kökündən məhv etmək əzmindədir”, - nazirliyin bəyanatında vurğulanır.

P.ƏMİRCANOV
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью