Türkiyə Suriyanın terrorizmlə bağlı siyahıdan çıxarılmasını alqışlayıb

25.08.2026

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Türkiyə Xarici İşlər Nazirliyi ABŞ-ın Suriyanı “terrorizmin dövlət sponsorları” siyahısından çıxarmaq qərarını alqışlayıb.

Məlumatı “Anadolu” verib. 

Nazirliyin açıqlamasında Türkiyənin uzun müddətdən bəri belə bir addımı dəstəklədiyi vurğulanıb. Qeyd olunub ki, ABŞ-ın qərarı Suriyanın iqtisadi bərpası və yenidən qurulması yolundakı əsas maneələrdən birini aradan qaldırıb.

Bəyanatda deyilir: “ABŞ-ın Suriyanı terrorizmin dövlət sponsorları siyahısından çıxarmaq qərarını alqışlayırıq”.

Türkiyə Xarici İşlər Nazirliyi bu qərarın Suriyanın beynəlxalq ictimaiyyətlə əlaqələrini gücləndirmək, eləcə də ölkədə davamlı təhlükəsizlik və sabitliyin təmin edilməsi üzrə səylərinə yeni təkan verəcəyinə əminliyini ifadə edib: “Bu məqamda beynəlxalq ictimaiyyəti çiçəklənən Suriya qurmaq və bu vizyonu təhdid edən təcavüzkar hərəkətlərə son qoymaq öhdəliklərini yerinə yetirmək üçün səylərini birləşdirməyə çağırırıq".

Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyi dünən Suriyanın “terrorizmin dövlət sponsorları” siyahısından çıxarıldığını rəsmi olaraq açıqlayıb.

ABŞ Suriyanı bu siyahıya 1979-cu ildə daxil edib.

P.ƏMİRCANOV
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью