“Türkiyə Suriyanın yenidən bölünməsinə icazə verməyəcək”

10.12.2024

Missiya.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Suriya xalqı onilliklər boyu davam edən zülm sistemini alt-üst edərək öz azadlıqlarını, hüquqlarını, qanunlarını və gələcəyini qələbə ilə taclandırdı”.

Missiya.Az “STAR”a istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf partiyasının (AKP) toplantısında çıxışı zamanı deyib.

“Bundan sonra Suriyanın yenidən bölünməsinə icazə verə bilmərik. Biz heç vaxt Suriya ərazisinin yenidən münaqişə zonasına çevrilməsinə razı ola bilmərik. İnşallah ölkənin digər bölgələrindəki İŞİD, PKK/PYD kimi terror təşkilatları ən qısa zamanda darmadağın edilsin”, - deyə siyasətçi vurğulayıb.

Daşqın Həsənov
Missiya.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью