Türkiyə Suriyaya təbii qaz tədarükünə başlayır

30.07.2025

Icma.az xəbər verir, Banco.az saytına əsaslanaraq.

Müəllif: Gülnar Əhmədli, Banco.az

Türkiyə avqustun 2-si (şənbə günü) Hələbə təbii qaz ixracına başlayacağını açıqlayıb.

Banco.az xəbər verir ki, bunu Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar deyib.

Onun sözlərinə görə, Suriyaya nəql ediləcək qaz Azərbaycandan tədarük olunan qaz hesabına həyata keçiriləcək.

Nazir həmçinin bildirib ki, işlər tamamlandıqdan sonra Suriyaya təxminən 900 meqavat elektrik enerjisi tədarük ediləcək və bununla da oradakı 1,6 milyon ev təsərrüfatının ehtiyacı ödəniləcək.

Bizi sosial şəbəkələrdən izləyin!!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью