Türkiyə Suriyaya xüsusi qrup GÖNDƏRİR

16.12.2024

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Türkiyə Fəlakətlə Mübarizə İdarəsi (AFAD) "Seydnaya" hərbi həbsxanasında axtarış aparmaq üçün Suriyaya xüsusi qrup göndərəcək.

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin "Tele1Tv" telekanalı məlumat yayıb.

İlkin məlumatlara görə, həbsxana ərazisində insanlar qalıb. Xilasedicilərin bu gün Suriyada olacağı gözlənilir. 

Qrupun 80 nəfərdən ibarət olduğu bildirilir. Telekanal qeyd edib ki, mütəxəssislər ən son xilasetmə cihazlarından istifadə etməklə axtarış əməliyyatı aparacaqlar.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью