Türkiyə Şuşada konsulluq açmağa HAZIRDIR

31.07.2025

Gununsesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycanın qərarı ilə Şuşada və ya Qarabağda istənilən şəhərdə konsulluq açmağa hazırıq.

Gununsesi.info xəbər verir ki, bunu APA-ya müsahibəsində Türkiyənin Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Birol Akgün bildirib.

“Şuşada Türkiyə konsulluğunun açılmasıyla əlaqədar 2021-ci ildə müraciətimiz olub. Amma hələ Şuşada heç bir ölkənin konsulluğu yoxdur. Bu, Azərbaycanın suveren hüquqları çərçivəsində verəcəyi bir qərardır. Biz Azərbaycanın qərarı ilə Şuşada və ya Qarabağda istənilən şəhərdə konsulluq açmağa hazırıq”, – deyə səfir qeyd edib.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью