Türkiyə tarixində bir ilk: Ardanın qiyməti rekord həddə çatdı

05.10.2026

Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İspaniyanın “Real Madrid” komandasının yarımmüdafiəçisi Arda Gülər Türkiyə futbolunun tarixinə düşüb.

Axar.az xəbər verir ki, 21 yaşlı oyunçu transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub.

Gənc yarımmüdafiəçinin əvvəlki bazar qiyməti 90 milyon avro idi.

Qeyd edək ki, Arda Gülər bu mövsüm “Real Madrid”in heyətində 7 oyunda meydana çıxıb və 4 qolun vurulmasında birbaşa iştirak edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью