Türkiyə “Tayfun”larla bağlı təklif gözləyir

30.01.2025

Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.

Türkiyə 40 ədəd dördüncü nəsil “Tayfun” qırıcılarının tədarükü üçün avropalı istehsalçılardan qiymət təklifi gözləyir.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, müvafiq sənədlər artıq Böyük Britaniya Müdafiə Nazirliyinə və “Eurofighter” konsorsiumuna təqdim edilib.

Nazirlik həmçinin Türkiyə Hərbi Hava Qüvvələrinin ehtiyacları üçün F-16 təyyarələrinin tədarükü və təkmilləşdirilməsi məsələsində müzakirələrin texniki mərhələsində müsbət irəliləyiş olduğunu bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью