Türkiyə təhsil sistemində süni intellekt tətbiqini genişləndirməyi planlaşdırır

23.06.2025

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ankara, 23 iyun, AZƏRTAC

Türkiyənin milli təhsil naziri Yusuf Tekin təhsil sistemində süni intellekt (AI) texnologiyalarından daha fəal istifadə etmək planlarını açıqlayıb.

AZƏRTAC xəbər verir ki, o, Ankaradan videokonfrans vasitəsilə ölkənin 81 vilayətindən olan müəllimlərə müraciət edərək süni intellektlə dəstəklənən çoxsaylı təhsil proqramlarının uğurla tətbiqinə diqqət çəkib.

“Türkiyənin təhsil sistemi daim təkmilləşdirilir. Bu gün biz təhsil sektorunda süni intellektdən daha çox istifadəyə diqqət yetiririk”, - deyə nazir əmin edib.

Y.Tekin qeyd edib ki, bu gün Türkiyədə 75 minə qədər məktəb fəaliyyət göstərir ki, burada 18 milyon şagird təhsil alır, müəllimlərin sayı isə 1,2 milyona çatır.

Onun sözlərinə görə, daha bir prioritet texniki və peşə təmayüllü yeni ümumtəhsil məktəblərinin açılmasıdır.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью