Türkiyə telekanalı deputatı efirdən uzaqlaşdırdı: Putinə görə

07.01.2025

Icma.az, Publika.az portalına istinadən məlumatı açıqlayır.

Türkiyənin “TRT World” telekanalı Ukrayna Ali Radasının deputatı Aleksey Qonçarenkonu efirə buraxmayıb.

Publika.az xəbər verir ki, buna səbəb deputatın üzərində Rusiya prezidenti Vladimir Putinin ünvanına təhqiramiz mesaj olan köynək geyinməsi olub. Deputata köynəyi çıxarmaq təklif edilib, amma bundan imtina edib.

Bu barədə Qonçarenko özünün “Telegram” kanalında yazıb.

“Əvvəlcə məndən formamı dəyişməyimi istədilər. İmtina etdim. Sonra təkid etməyə başladılar. Mənim cavabım belə oldu: ya havanı olduğu kimi alıram, ya da heç almıram”, - deputat bildirib.

Tural

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью