Türkiyə təyyarəsi Samarada məcburi eniş etdi

10.12.2024

GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İstanbul-Kazan reysini həyata keçirən təyyarənin Samara aeroportuna məcburi enişi və Kazana reysin gecikməsi ilə əlaqədar prokurorluq sərnişinlərin hüquqlarına riayət olunmasına nəzarət edir.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Volqa Nəqliyyat Prokurorluğu Teleqram kanalında məlumat yayıb.

İlkin məlumata görə, dekabrın 10-da saat 02 radələrində İstanbul-Kazan marşrutu üzrə 427 saylı reyslə uçuş həyata keçirən Türk Hava Yollarına məxsus təyyarə əlverişsiz hava şəraiti ilə əlaqədar Samaradakı alternativ hava limanına enib:

“Bundan başqa, Türk Hava Yollarına məxsus 428 saylı Kazan-İstanbul reysi də təyyarənin gec gəlməsi səbəbindən Kazan hava limanında gecikib”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью