Türkiyə təyyarəsinin göyərtəsində Ukrayna və Qazaxıstan vətəndaşları döyüşüb

14.02.2025

Dogru.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Antalyadan Astanaya uçan Türkiyə təyyarəsində ukraynalı cütlük Qazaxıstandan gələn sərnişinlərlə dava edib.

TRT Haber xəbər verir ki , insidentlə əlaqədar təyyarə Ərzurum şəhərinin hava limanına məcburi eniş etməli olub.

Davada iştirak edən sərnişinlər hava limanının polis bölməsinə aparılıb, araşdırma aparılır. Davaya nəyin səbəb olduğu məlum deyil.

Türkiyə təyyarəsi yanacaq doldurduqdan sonra təyinat yerinə yola düşüb.

Bundan əvvəl Qırğızıstan millisinin və “Muras Yunayted”in futbolçusu Mirbek Axmatəliyev klub yoldaşı, ukraynalı Evgeni Terzinin çənəsini sındırdığı üçün 5 il müddətinə diskvalifikasiya edilmişdi .

DOĞRU.AZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью